İbrahimoviç baş hakimə dediyi sözlərə görə cəzalandı

İbrahimoviç baş hakimə dediyi sözlərə görə cəzalandı Buna hücumçunun "Parma"nı 3:1 hesabı ilə yendikləri matçda davranışı səbəb olub
Futbol
13 Aprel , 2021 15:36
İbrahimoviç baş hakimə dediyi sözlərə görə cəzalandı
Zlatan İbrahimoviç

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç bir oyunluq cəza və 5 min avro cəriməyə məruz qalıb.

"Report" xəbər verir ki, buna isveçli hücumçunun "Parma"nı 3:1 hesabı ilə yendikləri A Seriyasının XXX tur matçındakı davranışı səbəb olub.

40 yaşlı forvard görüşün 60-cı dəqiqəsində baş hakim Fabio Mareskaya dediyi sözlərə görə birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsinin qərarında onun referiyə qarşı aşağılayıcı formada tənqid məzmunlu təhqiramiz ifadələr işlətdiyi göstərilib.

Beləliklə, İbrahimoviç növbəti turun "Cenoa" ilə matçında "Milan"a kömək edə bilməyəcək. Aprelin 18-də "San Siro" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi