Sentyabrın 30-dək Azərbaycanda bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi ilə bağlı qadağa qüvvədə qalıb.
"Report" xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair qərarında öz əksini tapıb.
Tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi istisnadır.