İlin ən yaxşı baş məşqçiləri bilindi

İlin ən yaxşı baş məşqçiləri bilindi FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adını elan edib.
Futbol
17 Dekabr , 2020 22:38
İlin ən yaxşı baş məşqçiləri bilindi

FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adını elan edib.

"Report"un məlumatına görə, kişilərdən “The Best” mükafatına İngiltərə "Liverpul"una rəhbərlik edən Yurgen Klopp layiq görülüb. Almaniyalı mütəxəssis "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Fliki geridə qoyub.

Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub.

Qeyd edək ki, Yurgen Klopp ötən il də bu nominasiya üzrə bütün rəqiblərini qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi