İlqar Nadiri: ECA-nın tədbirləri Azərbaycan klublarının böyüməsinə kömək edir

İlqar Nadiri: ECA-nın tədbirləri Azərbaycan klublarının böyüməsinə kömək edir Fikrimcə, bu kimi konfranslar Azərbaycan kublarının inkişafına, böyüməsinə köməklik göstərir.
Futbol
29 Aprel , 2024 15:43
İlqar Nadiri: ECA-nın tədbirləri Azərbaycan klublarının böyüməsinə kömək edir

Fikrimcə, belə konfranslar Azərbaycan klublarının inkişafına, böyüməsinə kömək edir.

Bunu "Report"a açıqlamasında Avropa Klublar Assosiasiyasının (ECA) İspaniyanın paytaxtı Madriddəki tədbirində iştirak etmiş "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Funksioner nüfuzlu iclasa Avropanın 300-dən çox klubundan rəhbər şəxslərin qatıldığını söyləyib: "Bu cür iclaslarda iştirak etmək olduqca vacibdir. Klublarımızın məqsədi Azərbaycan futbolunun inkişafına nail olmaqdır".

Qeyd edək ki, aprelin 24-də ECA-nın İdarə Heyətinin iclası keçirilib. Toplantıdan sonrakı günlərdə Avropa klublarının iştirakı ilə əlaqələndirmə qruplarının görüşləri gerçəkləşib. Burada Azərbaycan Premyer Liqasının təmsilçiləri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi