İngiltərəli azarkeşlər AVRO-2020-nin yarımfinal matçında penalti zamanı Danimarka millisinin qapıçısı Kasper Şmeyxelə lazer işığı ilə müdaxilə ediblər.
"Report" xəbər verir ki, fanatlar bu yolla 35 yaşlı qolkiperə mane olmağa çalışsalar da, onların istəyi baş tutmayıb. Şmeyxel Harri Keynin zərbəsini qaytarıb. Lakin təcrübəli qapıçı təkrar zərbəyə mane ola bilməyib. Nəticədə 2:1 hesablı qələbə qazanan İngiltərə yığması finala yüksəlib.
Qeyd edək ki, britaniyalıların həlledici oyundakı rəqibi İtaliya seçməsi olacaq. İyulun 11-də Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.