İngiltərə klubu 19 yaşlı futbolçu üçün 38 milyon avro ödəyib

İngiltərə klubu 19 yaşlı futbolçu üçün 38 milyon avro ödəyib ABŞ-nin əsas basketbol liqası olan NBA-da 2024/2025 mövsümü üçün maaş limiti ilə bağlı qərar verilib.
Futbol
1 İyul , 2024 09:53
İngiltərə klubu 19 yaşlı futbolçu üçün 38 milyon avro ödəyib

İngiltərənin "Brayton" klubu "Nyukasl"ın 19 yaşlı vingeri Yankuba Minteni transfer edib.

"Report" "Transfermarkt" portalına istinadən xəbər verir ki, futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Qağayılar" qambiyalı yarımmüdafiəçi üçün 38,8 milyon avro ödəyib.

Qeyd edək ki, Y.Minte ötən mövsüm icarə əsasında oynadığı Niderlandın "Feyenoord" klubunda meydana çıxdığı 27 matçda 10 qola, 6 məhsuldar ötürməyə imza atıb. Minte 2023-cü ilin yayında 8 milyon avro müqabilində Danimarkanın "Odense" klubundan "Nyukasl"a transfer edilmişdi.

Son xəbərlər

Orphus sistemi