İngiltərənin "Vest Bromviç" klubu öz azarkeşini cəzalandırıb.
"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 50 yaşlı fanatın komandanın futbolçusu Romeyn Soyersə qarşı irqçilik etməsi səbəb olub.
Adı açıqlanmayan şəxs "Vest Bromviç"in ölkə çempionatında "Mançester Siti"yə 0:5 hesabı ilə uduzmasından sonra internetdə 30 yaşlı yarımmüdafiəçini təhqir edib.
Nəticədə azarkeş ömürlük diskvalifikasiya olunub.