İngiltərə klubu yeni baş məşqçisinin adını açıqladı

İngiltərə klubu yeni baş məşqçisinin adını açıqladı İngiltərənin "Vest Bromviç" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
16 Dekabr , 2020 21:33
İngiltərə klubu yeni baş məşqçisinin adını açıqladı
Sem Ellerdays

İngiltərənin "Vest Bromviç" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Sem Ellerdays təyin olunub. Onunla 1,5 illik müqavilə imzalanıb.

66 yaşlı mütəxəssis bu gün istefaya göndərilən Slaven Biliçi əvəzləyib.

Qeyd edək ki, Sem Ellerdays daha əvvəl İngiltərə millisi, "Everton", "Kristal Pelas", "Sanderlend" və "Vest Hem" kimi klublara başçılıq edib.

Son xəbərlər

Orphus sistemi