İngiltərənin "Koventri" klubu "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu yenidən gündəminə alıb.
"Report" "Vavel" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Arsenal"ın gənc oyunçusu Ben Şiflə razılaşa bilməsə, "Vulverhempton"dan Renat Dadaşov və Ouen Otasoviyə yönələcək. Klub Dadaşovu icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl Britaniya mətbuatı "Koventri"nin Renat Dadaşov üçün "Vulverhempton"lə razılığa gələ bilmədiyini yazıb. 21 yaşlı hücumçu 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib.