İngiltərə klubunun futbolçusunda dopinq aşkarlanıb

İngiltərə klubunun futbolçusunda dopinq aşkarlanıb İngiltərə Çempionşip təmsilçisi "Hall Siti"nin cari mövsümün əvvəli heyətinə qatdığı Oskar Sambranoda dopinq aşkarlanıb.
Futbol
5 Noyabr , 2024 20:15
İngiltərə klubunun futbolçusunda dopinq aşkarlanıb

İngiltərə Çempionşip təmsilçisi "Hall Siti"nin cari mövsümün əvvəli heyətinə qatdığı Oskar Sambranoda dopinq aşkarlanıb.

"Report" xəbər verir ki, Ekvador klubu "LDU Kido"dan icarə əsasında "pələnglər"ə keçən 20 yaşlı hücumçunun dopinq testi müsbət nəticələnib.

Oyunçunun durumu ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunub.

Qeyd edək ki, O.Sambrano cari mövsüm "Hall Siti"nin heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi