Futbol üzrə İngiltərə Kubokunda "Nottingem" və "Lester" komandaları arasındakı 1/16 final matçında qalmaqal baş verib.
"Report"un məlumatına görə, meydan sahibləri növbəti qollarından birini qeyd etdikləri vaxt meydana qonaq komandanın azarkeşi girib. O, yerli futbolçuların üzərinə cumaraq, onları vurmağa başlayıb.
Hadisəyə müdaxilə edən polislər qəzəbli fanatı meydandan uzaqlaşdırıblar.
Qeyd edək ki, görüş "Nottingem Forest"in qələbəsi ilə yekunlaşıb - 4:1.