Futbol üzrə İngiltərə Kubokunun yarımfinal mərhələsinin "Lester Siti" - "Sautgempton" matçı məhdud sayda azarkeşin iştirakı ilə keçiriləcək.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, bu, koronavirus pandemiyası dövründə fanatların tribunalara tədricən qayıdışı üçün ilk sınaq matçı olacaq.
Londondakı "Uembli" stadionunda oynanılacaq görüşə iki komandanın tərəfdarları buraxılmayacaq. Qarşılaşmada yalnız arenanın yerləşdiyi rayondan dörd minədək tamaşaçının iştirakına icazə veriləcək.
Qeyd edək ki, görüş aprelin 18-də gerçəkləşəcək.