İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Rocer Hant dünyasını dəyişib.
"Report" Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş forvard 83 yaşında vəfat edib.
Hant 1958 - 1969-cu illərdə "Liverpul"un formasını geyinib. İki dəfə ölkə çempionu olmuş oyunçu 1966-cı il dünya çempionatının qalibi olub.
Qeyd edək ki, DÇ-1966-nın finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.