İngiltərə Futbol Federasiyası (FA) milli komandanın baş məşqçisi Qaret Sautgeytə yeni müqavilə təklif edəcək.
"Report"un məlumatına görə, bu barədə "Daily Telegraph"a açıqlamasında FA-nın icraçı direktoru Mark Bullingem bildirib.
O, 51 yaşlı mütəxəssisin sözləşməsini yeniləmək istədiklərini söyləyib: "Sautgeyt mükəmməl iş görür. Düşünürəm ki, Avropa çempionatından sonra onunla müqavilənin uzadılmasını müzakirə edəcəyik".
Qeyd edək ki, Qaret Sautgeyt 2016-cı ildən İngiltərə yığmasının baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiya keçirilmiş dünya çempionatında 4-cü olub. Mütəxəssisin hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. İngiltərə AVRO-2020-nin 1/8 finalında iyulun 29-da Almaniya ilə görüşəcək.