İngiltərə millisinin hücumçusu karyerası ilə bağlı qərarını açıqlayıb

İngiltərə millisinin hücumçusu karyerası ilə bağlı qərarını açıqlayıb İngiltərə millisinin və "Tottenhem" klubunun futbolçusu Harri Keyn karyerası ilə bağlı qərarını açıqlayıb.
Futbol
25 Avqust , 2021 16:19
İngiltərə millisinin hücumçusu karyerası ilə bağlı qərarını açıqlayıb
Harri Keyn

İngiltərə millisinin və "Tottenhem" klubunun futbolçusu Harri Keyn karyerası ilə bağlı qərarını açıqlayıb.

"Report"un məlumatına görə, 28 yaşlı hücumçu bu barədə tviterdə paylaşım edib.

Təcrübəli forvard bu yay London təmsilçisində qalacağını və komandanın uğur qazanmasına kömək edəcəyini bildirib.

Qeyd edək ki, Harri Keyn 2013-cü ildən "Tottenhem"də çıxış edir. O, üç dəfə İngiltərə Premyer Liqasının bombardiri olub. Forvard 221 qolla klub tarixinin ən çox qol vuran oyunçusudur.

Son xəbərlər

Orphus sistemi