İngiltərə millisinin iki futbolçusu iqrçi təhqirlərə məruz qalıb

İngiltərə millisinin iki futbolçusu iqrçi təhqirlərə məruz qalıb İngiltərə millisinin futbolçuları Rahim Sterlinq və Cud Bellingem irqçi təhqirlərə məruz qalıb.
Futbol
3 Sentyabr , 2021 10:01
İngiltərə millisinin iki futbolçusu iqrçi təhqirlərə məruz qalıb
Rahim Sterlinq

İngiltərə millisinin futbolçuları Rahim Sterlinq və Cud Bellingem irqçi təhqirlərə məruz qalıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Macarıstanı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri 2022-ci dünya çempionatının seçmə oyununda baş verib.

Matç zamanı tribunadakı macarıstanlı azarkeşlər hər iki oyunçunu meymun adlandırıb. İngiltərə Futbol Assosiasiyası məsələ ilə bağlı FIFA-ya müraciət edəcəklərini açıqlayıb.

Bundan əlavə, fanatlar ingiltərəli futbolçulara plastik qablar da atıb.

Son xəbərlər

Orphus sistemi