İngiltərə Premyer Liqası: “Arsenal” zirvədəki yerini qoruyub

İngiltərə Premyer Liqası: “Arsenal” zirvədəki yerini qoruyub İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Arsenal” “Vulverhempton”u qəbul edib.
Futbol
2 Dekabr , 2023 21:30
İngiltərə Premyer Liqası: “Arsenal” zirvədəki yerini qoruyub

İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal” “Vulverhempton”u qəbul edib.

“Report” xəbər verir ki, üç qolun vurulduğu qarşılaşmada “topçular” minimal üstünlüklə qələbə qazanıblar - 2:1.

İlk 13 dəqiqədə londonluların heyətində Bukayo Saka və Martin Edeqor fərqləniblər. 86-cı dəqiqədə isə qonaqlar hesab arasındakı fərqi minimuma endiriblər: “canavarlar”ın hücumçusu Mateus Kunya topu qapıya göndərib.

Qeyd edək ki, “Arsenal” 33 xalla liderliyini qoruyub. Komanda ehtiyatında bir oyun olan “Mançester Siti” və “Liverpul”u müvafiq olaraq 4 və 5 xal qabaqlayır. “Vulverhempton” isə 13-cü pillədədir.

Son xəbərlər

Orphus sistemi