İngiltərə Premyer Liqasının XI turunda “Brayton” “Mançester Siti”ni qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Semuel Berrottun idarə etdiyi matç "Falmer" stadionunda baş tutub.
Qonaqlar 23-cü dəqiqədə Erlinq Holannın sayəsində hesabı açıblar. 78-ci dəqiqədə isə Xuan Pedro bərabərliyi təmin edib. Cəmi 5 dəqiqə sonra Premyer Liqada debüt oyununa çıxan danimarkalı Mett O’Rayli dəqiq zərbə ilə özünün ilk, meydan sahiblərinin isə qələbə qoluna imza atıb – 2:1.
Bu, “Mançester Siti”nin Premyer Liqada ardıcıl ikinci, bütün turnirlərdə isə dördüncü məğlubiyyəti olub.
Bu qələbə ilə “Brayton” 19 xalla turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Mançester Siti” isə 23 xalla ikinci pillədə qalıb.