İngiltərə Premyer Liqası: “Mançester Yunayted” 6-cı dəfə məğlub olub

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” 6-cı dəfə məğlub olub İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Nyukasl” “Mançester Yunayted”i qəbul edib.
Futbol
3 Dekabr , 2023 03:13
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” 6-cı dəfə məğlub olub

İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Nyukasl” “Mançester Yunayted”i qəbul edib.

“Report” xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

İlk "dördlük" uğrunda mübarizə aparan komandalar birinci hissədə heç-heçəyə razılaşıblar. 55-ci dəqiqədə isə “sağsağanlar”ın qələbə qolunu Entoni Qordon vurub.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra hesabında 24 xal olan “qırmızı şeytanlar” turnir cədvəlində 7-ci pilləyə yuvarlanıb. Bu, Erik ten Haqın yetirmələrinin 6-cı yenilgisidir. “Nyukasl” isə 26 xalla 6-cı pilləyə yüksəlib.

Turnir cədvəlinə 33 xalla “Arsenal” başçılıq edir. Lideri ehtiyatında bir oyunu olan “Mançester Siti” (29 xal), “Liverpul” (28 xal) və “Aston Villa” (28 xal) təqib edir.

Son xəbərlər

Orphus sistemi