İngiltərə Premyer Liqasında koronavirusa yoluxma hallarının sayında kəskin artım qeydə alınıb.
Bu barədə “Report” Premyer Liqanın saytına istinadən xəbər verir.
Məlumata görə, dekabrın 6-dan 12-dək olan müddətdə 42 nəfərin koronavirus testinin nəticəsi müsbət olub.
Qeyd edilir ki, koronavirus testindən ümumilikdə 3 805 futbolçu və klub işçisi keçib. Virusa yoluxmuş şəxslərin adları, klubları və şəxsiyyətləri açıqlanmır.