İngiltərənin "Tottenhem" klubu Premyer Liqada yeni rekorda imza atıb.
"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi buna "Kristal Pelas"ı 3:0 hesabı ilə məğlub etdikləri XIX tur oyununda nail olub.
"Tottenhem" ardıcıl 15 mövsümdür ki, "Boxing Day" matçlarında uduzmur. Komandanın 12 qələbəsi və 3 heç-heçəsi var.
Çempionatdakı daha bir rekord "Mançester Siti"nin evdə "Lester"i 6:3 hesabı ilə yendiyi görüşdə qeydə alınıb. Qarşılaşma "Boxing Day" tarixində məhsuldarlığı ilə seçilib. İndiyədək iki komanda birlikdə 9 qol vura bilməyib.