İngiltərə Premyer Liqasının bəzi oyunları azarkeşlərlə keçirilə bilər

İngiltərə Premyer Liqasının bəzi oyunları azarkeşlərlə keçirilə bilər Liverpul və London şəhərlərində keçiriləcək İngiltərə Premyer Liqasının oyunlarında azarkeşlərin iştirakına icazə veriləcək.
Futbol
26 Noyabr , 2020 17:40
İngiltərə Premyer Liqasının bəzi oyunları azarkeşlərlə keçirilə bilər

İngiltərə Premyer Liqasının Liverpul və London şəhərlərində keçiriləcək oyunlarında azarkeşlərin iştirakına icazə veriləcək.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, paytaxt və Mersisayd bölgəsi 2-ci risk kateqoriyasına daxil edilib.

Bu şəhərləri təmsil edən komandaların oyunlarına 2 000-dək fanat buraxıla bilər. Beləliklə, "Liverpul", "Everton", "Tottenhem", "Çelsi", "Arsenal", "Brayton", "Kristal Pelas", "Vest Hem", "Fulhem" və "Sautgempton"un doğma meydanda oynayacağı matçlarda azarkeşlər olacaq.

Digər 10 klubun ev oyunlarında isə tribunalar boş qalacaq.

Son xəbərlər

Orphus sistemi