İngiltərə yığmasının baş məşqçisi: Topu özümüzdə kifayət qədər saxlaya bilmədik

İngiltərə yığmasının baş məşqçisi: Topu özümüzdə kifayət qədər saxlaya bilmədik Topu özümüzdə kifayət qədər saxlaya bilmədik.
Futbol
15 İyul , 2024 02:25
İngiltərə yığmasının baş məşqçisi: Topu özümüzdə kifayət qədər saxlaya bilmədik

Topu özümüzdə kifayət qədər saxlaya bilmədik.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Almaniyada təşkil olunan Avropa çempionatının finalında İspaniyaya qarşı oyundan sonra deyib.

O, İspaniyanı yaxşı komanda adlandırsa da, son dəqiqələrə qədər İngiltərənin layiqli mübarizə apardığını bildirib:

"Düşünürəm ki, İspaniya yığması turnirin ən yaxşı komandası idi. Ancaq son 10 dəqiqəyə qədər biz daha layiqli mübarizə apardıq. Həqiqətən hər kəs üçün sarsıldım. Düşünürəm ki, komanda bütün ölkəni qürurlandırdı. Son iki Avropa çempionatında 2-ci dəfə finala yüksəldik ki, bu da inanılmazdır. Amma bunların heç biri əhəmiyyət kəsb etmir. Çünki qələbə şansımızdan yararlana bilmədik".

Qeyd edək ki, İngiltərə millisi finalda İspaniyaya 1:2 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi