İngiltərədə futbol matçları oruc tutan oyunçulara görə dayandırıla bilər

İngiltərədə futbol matçları oruc tutan oyunçulara görə dayandırıla bilər Bu addım oyunçuların iftarlarını aça bilməsi üçün nəzərdə tutulub
Futbol
29 Aprel , 2021 18:07
İngiltərədə futbol matçları oruc tutan oyunçulara görə dayandırıla bilər

İngiltərə Premyer Liqasında Ramazan ayında oruc tutan müsəlman futbolçulara görə axşam saatlarında keçirilən matçların müvəqqəti dayandırılması müzakirə olunur.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, bu addım oyunçuların iftarlarını aça bilməsi üçün nəzərdə tutulub.

Artıq çempionatda ilk belə hadisə baş verib. "Lester Siti" - "Kristal Pelas" görüşündə (2:1) referi oyunu saxlayaraq, meydan sahiblərindən Uesli Fofana və qonaqlardan Şeyxu Kuyatenin enerji içkisi qəbul etməsinə şərait yaradıb.

Daha əvvəl Premyer Liqada yalnız iki komandanın kapitanları oyundan öncə öz aralarında razılaşdıqları halda fasiləyə icazə verilirdi. Çempionatın təşkilatçıları istəyirlər ki, Ramazan ayında müsəlman futbolçuların su və qida qəbul etməsi məsələsi hər qarşılaşmadan əvvəl ənənəvi müzakirə mövzusu olsun.

Son xəbərlər

Orphus sistemi