İngiltərədə "Vest Bricford" və "Boston Yunayted" komandaları arasında keçirilən Gənclər Kuboku oyunu başa çatdırılmayıb.
"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, buna futbolçulardan birinin ürəyinin dayanması səbəb olub.
"Vest Bricford"in oyunçularından biri matç zamanı infarkt keçirib. Komandanın həkimləri ona ilkin tibbi yardım göstərib. Daha sonra meydana bir neçə təcili yardım maşını və xilasetmə helikopteri daxil olub.
Xəstəxanaya yerləşdirilən futbolçunun vəziyyəti yaxşı deyil.