İki futbolçu İngiltərə millisindən kənarlaşdırıldı

İki futbolçu İngiltərə millisindən kənarlaşdırıldı İngiltərə millisinin futbolçuları Fil Foden və Meyson Qrinvud karantini pozmaqda şübhəli bilinirlər.
Futbol
7 Sentyabr , 2020 17:47
İki futbolçu İngiltərə millisindən kənarlaşdırıldı
Fil Foden və Meyson Qrinvud

İngiltərə millisinin futbolçuları - Fil FodenMeyson Qrinvud intizamsızlığa yol verdikləri üçün heyətdən kənarlaşdırılıb.

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, onlar UEFA Millətlər Liqasında I turun İslandiya ilə səfər matçında karantin qaydalarını pozublar.

Hər iki oyunçu II turda Danimarka ilə sentyabrın 8-də səfərdə oynayacaqları qarşılaşmanın hazırlıqlarında iştirak etməyib. Oyunçular Reykyavikdəki hotelə qadın gətiriblər. İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt hadisəyə münasibət bildirmək istəməyib. İngiltərə Futbol Federasiyası da konkret səbəb göstərməyib.

Qeyd edək ki, İngiltərə İslandiyanı 1:0 hesabı ilə məğlub edib. Hər iki futbolçu bu qarşılaşmada meydanda olub.

Son xəbərlər

Orphus sistemi