"İnter" AVRO-2020-də huşunu itirən futbolçusunu satır

"İnter" AVRO-2020-də huşunu itirən futbolçusunu satır İtaliyanın "İnter" klubu futbolçusu Kristian Erikseni satmağı planlaşdırır
Futbol
29 Oktyabr , 2021 09:34
İnter AVRO-2020-də huşunu itirən futbolçusunu satır
Kristian Eriksen

İtaliyanın "İnter" klubu futbolçusu Kristian Erikseni satmağı planlaşdırır.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, səbəb 29 yaşlı yarımmüdafiəçinin bu ölkədə məşq edə bilməməsidir.

Danimarkalı oyunçunun Avropa çempionatında başına gələnlərdən sonra İtaliyanın tibb orqanları onun cari mövsüm idmanla məşğuliyyətinə müvəqqəti qadağa qoyub.

Milan təmsilçisi Erikseni oynaya biləcəyi kluba satmağı nəzərdən keçirir.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi