"İnter"in baş məşqçisi Antonio Konte "Barselona"nın və Argentina yığmasının hücumçusu Lionel Messinin komandaya keçidi barədə xəbərləri təkzib edib.
“Report” xəbər verir ki, bu barədə “The Guardian”ın jurnalisti Fabrisio Romano bildirib.
"Messinin komandaya keçidi haqqında şayiələr tam yalandır. Bu dedi-qodulara inanmayın", - baş məşqçi deyib.
Xatırladaq ki, daha əvvəl "Barselona"nın 33 yaşlı kapitanının 2021-ci ildə "İnter"in heyətində ola və ildə 50 milyon avro məbləğində müqavilə imzalayaca biləcəyi barədə xəbərlər yayılıb.
Messi "Barselona"nın yetirməsidir. O, bütün karyerası boyunca klubun heyətində çıxış edib. Hücumçunun komanda ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda "Barselona"nın heyətində 42 matç iştirak edib, 30 qol vurub və 26 məhsuldar ötürmə verib.