"İnter"in keçmiş futbolçusu həbs edildi

"İnter"in keçmiş futbolçusu həbs edildi Kolumbiya yığmasının və İtaliyanın "İnter" klubunun sabiq futbolçusu Freddi Quarin həbs olunub
Futbol
2 Aprel , 2021 01:01
İnterin keçmiş futbolçusu həbs edildi

Kolumbiya yığmasının və İtaliyanın "İnter" klubunun sabiq futbolçusu Freddi Quarin həbs olunub.

"Report"un "BluRadio Colombia"ya istinadən məlumatına görə, səbəb kimi yarımmüdafiəçinin qohumlarına hücum etməsi göstərilib. Hadisə ötən gün səhər saatlarında baş verib. Polis 34 yaşlı oyunçunu əlləri qanlı vəziyyətdə saxlayıb. Quarin Enviqado şəhər xəstəxanasında nəzarət altında müalicə olunur.

Onun hazırda çıxış etdiyi "Milyonarios" klubu insidentlə əlaqədar təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Freddi Quarin ən böyük uğurlarına ikiqat Portuqaliya çempionu, ölkə kubokunun üçqat qalibi, Superkubokun sahibi olduğu və Avropa Liqasını qazandığı "Portu"da imza atıb. Kolumbiya yığmasında 58 oyun keçirmiş Quarin "Milyonarios"a bu ilin yanvarında transfer olub.

Son xəbərlər

Orphus sistemi