İtaliya A Seriyasında XVI turun mərkəzi görüşü "Roma" və "İnter" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 15-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. Türkiyə milllisinin yarımmüdafiəçisi topu künc zərbəsindən birbaşa qapıya göndərib. Bundan 10 dəqiqə sonra Çalhanoğlu Edin Cekoya məhsuldar ötürmə verib. 39-cu dəqiqədə isə Denzel Dümfris matçda son nöqtəni qoyub.
Bu qələbə sayəsində xallarını 37-yə çatdıran "İnter" 2-ci pilləyə qalxıb. "Roma" isə 25 xalla 5-cidir.