İtaliya A Seriyasının 38-ci turunun son matçında "Atalanta" "İnter"i qəbul edib.
“Report” xəbər verir ki, görüş Berqamoda "Atleti Adzurri" stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə qurtarıb.
"İnter" hesabı elə birinci dəqiqədə açıb. Müdafiəçi Danilo D Ambrozio dəqiq zərbə ilə fərqlənib. Birinci hissənin ortalarında müdafiəçi Eşli Yanq Milan komandasının üstünlüyünü bir qədər də artırıb - 2:0.
"İnter" bu qələbədən sonra İtaliyanın futbol çempionatında ikinci pilləyə yüksəlib, komanda artıq 8 oyundur məğlub olmur.