İranlı hücumçu Almaniya klubuna keçib

İranlı hücumçu Almaniya klubuna keçib Rusiyanın "Zenit" klubunun futbolçusu Sərdar Azmun 2022/2023 mövsümündən Almaniyanın "Bayer" komandasında çıxış edəcək.
Futbol
22 Yanvar , 2022 23:18
İranlı hücumçu Almaniya klubuna keçib

Rusiyanın "Zenit" klubunun futbolçusu Sərdar Azmun 2022/2023 mövsümündən Almaniyanın "Bayer" komandasında çıxış edəcək.

"Report"un Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu ilə 2027-ci ilədək müqavilə bağlanılıb. İranlı forvard yeni komandasına "Zenit"lə hazırkı sözləşməsi bitdikdən sonra keçəcək.

Qeyd edək ki, bu mövsüm Sərdar Azmun bütün turnirlərdə 21 oyuna 10 qol vurub və 4 məhsuldar ötürmə verib. O, "Zenit"də 2019-cu ilin yanvarından çıxış edir. "Transfermarkt" Azmuna 25 milyon avro qiymət qoyub.

Son xəbərlər

Orphus sistemi