İrlandiya millisinin futbolçusu Alan Braunun İngiltərə ilə yoldaşlıq matçından sonra koronavirus testi müsbət olub.
"Report" yığmanın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi dərhal təcrid edilib.
Komandanın digər oyunçularının test nəticəsi mənfi çıxıb.
Qeyd edək ki, İngiltərə yığması İrlandiyanı 3:0 hesabı ilə məğlub edib. Alan Braun matça start heyətdə başlayıb və sonadək meydanda qalıb. İrlandiya seçməsi UEFA Millətlər Liqasında noyabrın 15-də səfərdə Uels, 3 gün sonra isə evdə Bolqarıstanla üz-üzə gələcək.