"Komandada əhval-ruhiyyə əladır. Rəqib meydanında 3:0 hesablı qələbə hamımız üçün yaxşı oldu. Qalibiyyətə layiq idik. İlk qolumu vurduğum üçün şadam. Bizim üçün xüsusi gecə idi".
"Report"un məlumatına görə, bunu İrlandiya millisinin futbolçusu Çidozi Oqbene Bakıda Azərbaycana 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
Görüşdə son qolun müəllifi olan 24 yaşlı irlandiyalı forvard özünə inandığını bildirib: "Baş məşqçi də məni uzun müddətdir izləyir. Azərbaycan millisi bu gün topla yaxşı oynadı və bizə çətinlik yaratdı. Sevinirəm ki, sonda sevinən tərəf biz olduq".