"Real Madrid" futbol komandasının hücumçusu Kərim Benzema İspaniya çempionatında 2019/20 mövsümünün ən yaxşı oyunçusu elan edilib.
Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.
Fransız hücumçu ötən mövsümdə Primera çərçivəsində 37 matçda iştirak edərək, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. Xatırladaq ki, 2009-cu ildən yalnız hücumçu Lionel Messi və Kriştianu Ronaldu mövsümün ən yaxşı oyunçuları kimi tanınırdılar.
Benzema "Real Madrid"də 2009-cu ildən çıxış edir. Oyunçunun klubla müqavilə razılaşması 2022-ci ilə qədər nəzərdə tutulub. La Liqanın cari mövsümündə fransız 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Real Madrid” 87 xal yığaraq, İspaniya çempionatının ötən mövsümünün nəticəsinə görə birinci yeri tutub. "Kral klubu" ən yaxın rəqibi "Barselona"nı 5 xal qabaqlayıb.