İspaniya klubları və millisi 2002-ci ildən bəri böyük turnirlərin finalında uduzmur

İspaniya klubları və millisi 2002-ci ildən bəri böyük turnirlərin finalında uduzmur İspaniya yığmasının Almaniyada keçirilən Avropa çempionatının qalibi olmasından sonra maraqlı statistika qeydə alınıb.
Futbol
15 İyul , 2024 12:15
İspaniya klubları və millisi 2002-ci ildən bəri böyük turnirlərin finalında uduzmur

2002-ci ildən bəri İspaniya klubları və millisi böyük turnirlərin (UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, dünya və Avropa çempionatları) finalında qeyri-ispan komandalarına qarşı oynadıqları bütün matçlarda (23) qalib gəlib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya millisinin və klublarının qələbə seriyası 2002-ci ildə Çempionlar Liqasının finalında "Real"ın Almaniya təmsilçisi "Bavariya" üzərində qələbəsindən (2:1) sonra başlayıb.

İspaniya təmsilçiləri ilə bağlı sonuncu məğlubiyyət 2001-ci ildə Çempionlar Liqasının finalında - "Valensiya" - "Bavariya" (Almaniya) matçında qeydə alınıb. İtaliyanın Milan şəhərində keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Münxen klubu daha dəqiq olub - 5:4.

Qeyd edək ki, İspaniya yığması Almaniyada keçirilmiş AVRO-2024-ün finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi