İspaniya Kubokunun 1/4 final matçında "Atletik" "Real Madrid"i qəbul edib.
"Report" xəbər verir ki, qarşılaşma Bilbao şəhərinin "San-Mames" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın yeganə qolunu 89-cu dəqiqədə vurub - "Atletik"in 26 yaşlı ispaniyalı cinah oyunçusu Alexandro Berenqer fərqlənib. "Kral klubu" bununla da turnirdə iştirakını başa vurub
Yarımfinal cütlükləri daha sonra püşkatma yolu ilə müəyyən ediləcək. Xatırladaq ki, daha əvvəl bu mərhələdə “Betis” səfərdə “Real Sosedad”ı darmadağın edib (4:0), “Valensiya” “Kadis”ə qalib gəlib (2:1), “Malyorka” isə “Rayo Valyekano”ya uduzub (0:1).