İspaniya kubokunda ötən mövsümün final matçının vaxtı açıqlandı

İspaniya kubokunda ötən mövsümün final matçının vaxtı açıqlandı İspaniya kubokunda 2019/2020 mövsümünün koronavirus pandemiyası səbəbindən təxirə salınmış final oyununun tarixi bəlli olub.
Futbol
5 Dekabr , 2020 15:06
İspaniya kubokunda ötən mövsümün final matçının vaxtı açıqlandı

İspaniya kubokunda 2019/2020 mövsümünün koronavirus pandemiyası səbəbindən təxirə salınmış final oyununun tarixi bəlli olub.

"Report" "Marca"ya istinadən xəbər verir ki, "Atletik" və "Real Sosyedad" arasındakı həlledici qarşılaşma 2021-ci il aprelin 4-də keçiriləcək.

Sevilyadakı Olimpiya stadionunda baş tutacaq matça azarkeşlər də buraxılacaq. Yerli federasiya "dördlər finalı" formatında təşkil olunacaq Superkubokun da sözügedən şəhərdə olmasının tərəfdarıdır.

Qeyd edək ki, ötən mövsümün nəticələrinə əsasən, İspaniya Super Kuboku uğrunda "Real Madrid", "Barselona", "Atletik" və "Real Sosyedad" mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi