"Sadəcə, zərbə vurdum və top istədiyim trayektoriya ilə hərəkət edib qapıya daxil oldu".
"Report"un məlumatına görə, bu fikirləri Kipr "Omoniya"sının futbolçusu Jordi Qomes Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup oyununda meydanın mərkəzindən vurduğu qol barədə danışarkən deyib.
İspaniyalı yarımmüdafiəçi bildirib ki, Ağdam klubunun qolkiperi Şahruddin Məhəmmədəliyevin öz mövqeyini xeyli tərk etdiyini gördükdən sonra topu qapıya göndərmək qərarına gəlib: "Həmin an ani qərar verib bəxtimi sınadım. Sevindirici haldır ki, istəyim baş tutdu. "Qarabağ"a bu cür qol vurmaq gözəl hissdir".
Qeyd edək ki, 36 yaşlı oyunçu matçın 90-cı dəqiqəsində fərqlənərək, "Omoniya"ya 1 xal qazandırıb.