İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Domenek Torren Türkiyə "Qalatasaray"ının sükanı arxasına keçə bilər.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 60 yaşlı ispaniyalı mütəxəssislə əlaqə saxlayıb. "Sarı-qırmızılar"ın rəhbərliyi komandanı əcnəbiyə həvalə etmək niyyətindədir.
Rəhbərliyin bu posta ilk namizədi Okan Burukdur. Lakin idarəçilər arasında 49 yaşlı mütəxəssisin doğru seçim olub-olmadığına dair fikir ayrılıqları var.
"Sarı-qırmızılar"ın mövsümün sonunadək müvəqqəti baş məşqçi ilə də yola davam etmə ehtimalı mövcuddur. "Qalatasaray"ın yeni baş məşqçisinin qısa zaman ərzində dəqiqləşməsi gözlənilir.
Qeyd edək ki, klub bu gün Fatih Terimlə yollarını ayırıb.