"Qəbələ" rəhbərliyi komandanın futbolçusu Ceyms Adeniyinin İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna mümkün keçidi ilə əlaqədar danışıqları davam etdirir.
Bu barədə "Report"a "qırmızı-qaralar"ın baş meneceri Zaur Əzizov məlumat verib.
Klub rəsmisi bildirib ki, məsələnin yekunlaşmaq üzrə olduğunu bildirib. Lakin onun sözlərinə görə, "Qəbələ" ilə bağlı bəzi detallar var: "Hazırda bu istiqamətdə danışıqlar davam edir. Görünən odur ki, Adeniyi komandada qalmayacaq və danışıqlar istədiyimiz kimi yekunlaşacaq".
Əzizov "Hapoel"in təklifi "Qəbələ"ni qane edirmi" sualına belə cavab verib: "Hazırda bununla bağlı danışıqlar gedir. Ona görə də məsələ hələ ki, yekunlaşmayıb".
Qeyd edək ki, 2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var. Nigeriyalı forvard 2018-ci ildə Azərbaycan komandasına qayıdıb.