İsveçrənin "Bazel" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu üçün Bakıya yola düşüb.
"Report"un məlumatına görə, komanda günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq.
Saat 19:30-da Bakı Olimpiya Stadionunda İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı, saat 20:00-da isə komandanın matçdan əvvəl son məşqi gerçəkləşəcək.
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.