Futbol üzrə İtaliya A Seriyasının 26-cı turunun matçında "Verona" "Milan"ı qəbul edib.
“Report” xəbər verir ki, görüş Veronada "Mark Antonio Benteqodi" stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Milan" meydançaya bir sıra itkilərlə çıxıb. Belə ki, Zlatan İbrahimoviç, Mario Mancukiç, Hakan Çalxanoğlu, Teo Ernandes, İsmayıl Bennaser və Ante Rebiç oyunu buraxmalı olublar. Amma bu, komandaya üç xal yığmağa mane olmayıb.
Qarşılaşmada hesabı 27-ci dəqiqədə Rade Kruniç açıb, 50-ci dəqiqədə Dioqu Dalot "Milan"ın hesabdakı üstünlüyünü artırıb.
"Milan" 26 matçda 56 xal yığaraq, A Seriyasının turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. Çempionata 59 xalla "İnter" liderlik edir. “Yuventus” 52 xalla üçüncü yerdə qərarlaşıb. "Verona" 38 xalla 8-ci yerdə mövqe tutub.