AVRO-2020: İtaliya Avstriyanı əlavə vaxtda üstələdi

AVRO-2020: İtaliya Avstriyanı əlavə vaxtda üstələdi Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin ikinci oyunu keçirilib.
Futbol
27 İyun , 2021 01:34
AVRO-2020: İtaliya Avstriyanı əlavə vaxtda üstələdi

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin ikinci oyunu keçirilib.

"Report"un məlumatına görə, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya milliləri üz-üzə gəlib.

Yerli referi Entoni Teylorun idarə etdiyi qarşılaşmanın əsas vaxtı qolsuz yekunlaşıb. Birinci əlavə vaxtda İtaliya yığması Frederiko Kyezanın 95-ci və Matteo Pessinanın 105-ci dəqiqədə vurduğu qollarla önə keçib. Avstriya millisi bu qollardan birinin əvəzini çıxa bilib. 114-cü dəqiqədə Saşa Kalayciç təsəlli qolunu vurub.

Beləliklə, İtaliya yığması 1/4 finala yüksəlib. Bu komanda növbəti mərhələdə Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk 1/4 finalçı Uelsi 4:0 hesabı ilə yenən Danimarka olub.

Son xəbərlər

Orphus sistemi