İtaliya klubları Superliqada çıxış etsələr, ağır cəza alacaqlar

İtaliya klubları Superliqada çıxış etsələr, ağır cəza alacaqlar 3 klub Superliqada iştirak etməyi planlaşdırırdı
Futbol
26 Aprel , 2021 17:58
İtaliya klubları Superliqada çıxış etsələr, ağır cəza alacaqlar

İtaliya Futbol Federasiyası (FIGC) ölkə klublarının Avropa Super Liqasında iştirakını qadağan edib.

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, FIGC İcraiyyə Komitəsinin iclasında komandalara UEFA və FIFA-nın təsdiqləmədiyi yarışlara qatılmama öhdəliyini qoyan qərar qəbul edilib.

Bu cür turnirlərdə iştirak edənlər A Seriyası da daxil olmaqla, yarışlardan kənarlaşdırılacaqlar.

Qeyd edək ki, İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubu Superliqada iştirak etməyi planlaşdırırdılar.

Son xəbərlər

Orphus sistemi