İtaliyanın "Parma" klubu "Black Lives Matter" hərəkatını dəstəkləyən xüsusi formasını təqdim edib.
"Report"un məlumatına görə, dəst qara rəngdədir və onun üzərində sponsporla loqo daha az nəzərə çarpır.
"Parma" futbolçuları A Seriyasının XXXVII turunda "Sassuolo" ilə oyuna bu formada çıxacaq. Aksiyanın məqsədi irqçiliyə qarşı diqqət çəkməkdir.
Formanın satışından əldə olunan bütün gəlir irqçiliyə qarşı mübarizə aparan Lilian Tyuram Vəqfinə və miqrantlara yardım edən mərkəzlərindən birinə çatacaq.
Qeyd edək ki, mayın 16-da keçiriləcək "Parma" - "Sassuolo" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.