İtaliyanın "Udineze" klubu baş məşqçisi Luka Qottini istefaya göndərib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis komandanın uğursuz nəticələri ilə əlaqədar qovulub.
Qeyd edək ki, Luka Qotti 2019-cu ildən "Udineze"də işləyib. Komanda A Seriyasında 16 turdan sonra 16 xalla 14-cü pillədə qərarlaşıb.