İtaliyanın "Sassuolo" klubu mövsümün sonunda baş məşqçisi Roberto De Zerbi ilə yollarını ayıracaq.
"Report"un məlumatına görə, 42 yaşlı mütəxəssis bu barədə "Football Italia"ya açıqlamasında bildirib.
O, klub və futbolçularla danışdığını və ayrılmaq qərarına gəldiyini söyləyib.
Qeyd edək ki, Roberto De Zerbi 2018-ci ildən "Sassuolo"da işləyir. O, yeni mövsümdən Ukraynın "Şaxtyor" (Donetsk) komandasına rəhbərlik edəcək.