"Atalanta"nın baş məşqçisi təhqirə görə cəzalana bilər

"Atalanta"nın baş məşqçisi təhqirə görə cəzalana bilər Buna mütəxəssisin dopinq müfəttişini təhqir etməsi səbəb olub
Futbol
13 Aprel , 2021 17:25
Atalantanın baş məşqçisi təhqirə görə cəzalana bilər
Can Pyero Qasperini

İtaliyanın "Atalanta" klubunun baş məşqçisi Can Pyero Qasperini 20 günlük cəzalana bilər.

"Report" ANSA nəşrinə istinadən xəbər verir ki, buna 63 yaşlı mütəxəssisin dopinq müfəttişini təhqir etməsi səbəb olub.

İnsident fevralın 7-də klubun bazasında müsabiqədənkənar dopinq nəzarəti zamanı baş verib. Antidopinq sisteminə qarşı çıxan baş məşqçi testi yarımçıq dayandıraraq, futbolçunu məşqə göndərib.

İtaliya antidopinq məhkəməsi məsələyə mayın 10-da baxacaq. Qasperini cəza alacağı təqdirdə A Seriyasının 3 oyununu və mayın 19-da "Yuventus"a qarşı ölkə kubokunun finalını buraxacaq.

Son xəbərlər

Orphus sistemi