İtaliyanın "Spetsiya" komandasının yeni sahibi müəyyənləşib.
"Report"un məlumatına görə, klubun səhmlərini ABŞ-dan olan iş adamı Robert Platyek satın alıb.
O, həyat yoldaşı və 3 övladı ilə birlikdə A Seriyası təmsilçisinin hissələrinin 90 faizinə yiyələnib. Digər 10 faiz isə "Volpi" şirkətində qalıb.
Qeyd edək ki, müqavilə bu ilin iyununda qüvvəyə minəcək.